Zelenski: Ukrayna danışıqlardan kənar qala bilməz - ÖZƏL

ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı keçirilən danışıqlarda Ukraynanın iştirakı təmin olunmazsa, rəsmi Kiyev nəticələri tanımayacaq. 

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərini Reuters yayıb.

"Bu gün vacib olan odur ki, hadisələr Rusiya Prezidenti Vladimir Putinin planına uyğun inkişaf etməsin. O, danışıqların ikitərəfli olmasını istəyir. Avropa ölkələri də burada təmsil olunmalıdır", - deyə Zelenski vurğulayıb.

Jurnalistlər Donald Trampın əvvəlcə Vladimir Putin, sonra isə onunla danışmasını necə qarşıladığını soruşduqda, Zelenski ABŞ Prezidentinin onun mövqeyindən xəbərdar olduğunu bildirib.

"Mən həqiqətən düşünürəm ki, Ukrayna prioritet olmalıdır. Biz müharibədəyik və Putin bizə qarşıdır", - deyə Ukrayna lideri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31