Paşinyan: Aİ üzvlüyü haqqında qanun Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq
12 Fevral 19:26 DünyaErmənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanun Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq.
Olaylar.az "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.
O eyni zamanda qəbul edilən qanunu balanslaşdırılmış siyasətin sübutu adlandırıb:
"Biz çoxsaylı risklərin olduğunu bilirik. Lakin bu qərar həmin riskləri daha təhlükəli yox, daha idarəolunan edir".(APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31