Kreml Ermənistanın Aİ-yə daxil olmaq istəyindən danışıb - ÖZƏL

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi İrəvanın suveren hüququdur . 

Olaylar.az xəbər verir ki , bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib .

"Bu, Ermənistanın suveren hüququdur. Təbii ki, həm ermənilərin özləri, həm də hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu və avropalıların özünün buna necə münasibət bəslədiyini anlamalı olacaq".

Rusiya prezidentinin mətbuat katibi onu da xatırladıb ki, Avropa İttifaqına üzv olmaq üçün "uzun növbəyə qoyulmuş" bir çox ölkələrin təcrübəsi var. O, bəzilərinin təşkilata üzv olmaq üçün onilliklər ərzində gözlədiklərini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31