İlon Mask NATO-nun islahatlara ehtiyacı olduğunu bildirib – ÖZƏL
12 Fevral 2025 16:23 DünyaOlaylar.az xəbər verir ki, ABŞ hökumətinin Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder iş adamı İlon Mask Şimali Atlantika Alyansının (NATO) yenilənməli olduğunu bəyan edib.
"NATO-ya ciddi islahat lazımdır," - deyə o, "X" sosial şəbəkəsində yazıb. Musk bu fikri, Yuta ştatından senator, respublikaçı Mayk Linin NATO-nun artıq faydasız olduğu və Soyuq Müharibənin başa çatdığı barədə paylaşımına cavab olaraq bildirib.
Mask bundan əvvəl dəfələrlə ABŞ-ın transatlantik siyasətini tənqid edib və Vaşinqtonun artan büdcə kəsiri fonunda Avropada müdafiə xərclərinin azaldılmasına çağırıb.
Dekabrın 20-də The Financial Times qəzeti məlumat vermişdi ki, ABŞ prezidenti Donald Trampın komandası Avropadakı NATO müttəfiqlərinə müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı tələb edəcəyini bildirib.