Şoyqu: “ABŞ dövlətlərin daxili işlərinə müdaxilə edir” - ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-nin hələ də digər ölkələrin daxili işlərinə müdaxilə etdiyini vurğulayıb. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Slovakiya və Serbiyadakı hadisələr bunun bariz nümunəsidir.

Hazırda Slovakiya və Serbiyada tez-tez etiraz aksiyaları keçirilir. Hər iki ölkədə nümayişçilər hökumətin fəaliyyətindən narazıdırlar. Slovakiyada etirazçılar Baş nazir Robert Fitsonun, Serbiyada isə Prezident Aleksandar Vuçiçin fəaliyyətini tənqid edirlər.

Şoyqu bütün bu hadisələrin ABŞ-nin müdaxiləsi ilə baş verdiyini bildirib və Vaşinqtonun hər iki ölkədəki etirazların təşkilinə əl qoyduğunu iddia edib. O, ABŞ-nin digər ölkələrin daxili işlərinə müdaxilə etməyi davam etdirdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31