BMT: Cənubi Kivu vilayətindəki döyüşlər səbəbindən 100 mindən çox konqolu qaçqın düşüb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Konqonun Cənubi Kivu vilayətində gedən döyüşlər nəticəsində 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Son günlərdə vilayətdə toqquşmaların şiddətləndiyi bildirilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) vəziyyətin getdikcə pisləşdiyini və humanitar böhranın dərinləşdiyini vurğulayıb.

Məcburi köçkünlərin əksəriyyəti təhlükəsiz bölgələrə sığınmağa çalışır, lakin qida, su və tibbi yardıma ciddi ehtiyac var. BMT beynəlxalq ictimaiyyəti Konqo Demokratik Respublikasında baş verən humanitar böhranla bağlı təcili tədbirlər görməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31