“Türk axını” ilə Rusiya qazının tədarükü rekord həddə çatıb - ÖZƏL

2025-ci ilin fevral ayının əvvəlində "Türk axını" boru kəməri ilə Rusiya qazının Avropa ölkələrinə tədarükü 2020-ci ilin yanvarında qaz kəmərinin istifadəyə verilməsindən sonra mütləq maksimuma çatıb. 

Olaylar.az xəbər verir ki, TASS Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarına istinadən yanacağın ixracında rekord artım qeydə alınıb .

Fevralın 3-dən 9-dək ümumi tədarük həcmi 390 milyon kubmetri ötüb. Söhbət Türkiyə və Bolqarıstan sərhədində yerləşən "Strandja-2" kompressor stansiyası vasitəsilə Rusiya yanacağının vurulmasından gedir. Mütəxəssislər bu obyektin "Türk axını"nın dəniz hissəsinin quruda davamı olduğunu açıqlayıblar.

Əvvəlki maksimum 2025-ci il yanvarın 13-19-da qeydə alınıb. Həmin vaxt yanacağın tədarükünün ümumi həcmi 376 milyon kubmetr təşkil edib. Beləliklə, fevralın əvvəlində əldə edilmiş nəticə əvvəlki rekord göstəricini 14 milyon kubmetrdən çox üstələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31