Tramp daha bir amerikalının azad olunduğunu elan etdi - ÖZƏL

Mark Vogel fevralın 12-də Rusiyada həbsdən azad edildikdən sonra daha bir amerikalı azadlığa buraxılacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vogel üçün ziyafət zamanı danışıb. 

"Başqa bir məhkum çərşənbə günü azadlığa buraxılacaq, siz bundan xəbər tutacaqsınız", - Amerika lideri elan edib.

Fevralın 11-də ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyada məhkum olunmuş Amerika vətəndaşının qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edib. 

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mike Waltz deyib ki, "Whitkoff Mark Fogel ilə birlikdə Rusiya hava məkanını tərk edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31