ABŞ-ın Asiya müttəfiqlərindən biri rüsumların qaldırılmasını istəyir - ÖZƏL

Yaponiya hakimiyyəti Vaşinqtondan polad və alüminium məhsullarını Ağ Evin hazırkı prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik rüsumlardan azad etməyi xahiş edib. 

Olaylar.az xəbər verir ki, bunu Yaponiyanın ticarət naziri Yoji Muto deyib.

Öz növbəsində Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi bildirib ki, hökumət Yaponiyanın ABŞ -dakı səfirliyi vasitəsilə sorğu göndərib .

Qeyd edilir ki, ABŞ-ın bir sıra ticarət tərəfdaşları, o cümlədən ABŞ-ın Asiyadakı əsas müttəfiqlərindən biri Yaponiya demokrat Cozef Baydenin administrasiyası illərində rüsumsuz kvota alıb . Lakin Tramp bu istisnanı ləğv edib.

Bundan əvvəl Kanada və Avropa Birliyi Ağ Evin tarif siyasətinə qəti və sərt cavab vəd etmişdilər . ABŞ-ın digər Asiya müttəfiqi Tayvan ümid edir ki, daha çox Amerika LNG almaqla daha yüksək tariflərdən qaça bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31