Volodin: Aİ-də sürfə tozunun istifadəsi sanksiyaların nəticəsidir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin hesab edir ki, Avropa İttifaqında sarı un qurdunun sürfələrindən hazırlanan tozun qida sənayesində istifadəsinə icazə verilməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticəsidir.

"O, öz Telegram kanalında yazıb ki, bu, Qərbin ölkəmizə qarşı sanksiya siyasətinin nəticəsidir. Bu siyasət Avropada iqtisadi böhran, istehsal müəssisələrinin bağlanması və aqrosənayedə ciddi problemlərlə nəticələndi."

Volodin vurğulayıb ki, Avropa İttifaqı kənd təsərrüfatı istehsalçılarına dəstək vermək əvəzinə onların məhsulunu ucuz başa gələn sürfə yetişdirilməsi ilə əvəz etməyə qərar verib. O, həmçinin sürfələrin qida kimi istifadəsinin xəstəlik riski yaratdığını və Aİ-nin bunun üzərində düşünmədiyini qeyd edib.

Xatırladaq ki, keçən bazar ertəsi Aİ-də un qurdu sürfələrindən hazırlanmış tozun ərzaq məhsullarında istifadəsinə icazə verən qanun qüvvəyə minib. Sənədə əsasən, un qurdu Avropada "yeni qida məhsulu" kimi tanınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31