İlon Mask “OpenAI”ı almaq üçün 97,4 milyard dollarlıq təklif irəli sürdü – ÖZƏL
16:22 DünyaAmerikalı milyarder İlon Mask və bir qrup investor süni intellekt sahəsində fəaliyyət göstərən "OpenAI"ı 97,4 milyard dollara almaq üçün təklif verib.
Olaylar.az xəbər verir ki, "CNN"in məlumatına görə, bu razılaşma baş tutarsa, süni intellekt sənayesində ciddi dəyişikliklərə səbəb ola bilər.
Maskın bu addımı "OpenAI"ın icraçı direktoru Sem Altmanla uzun müddətdir davam edən münaqişə fonunda atılıb. O, şirkətə qarşı bir neçə məhkəmə iddiası qaldıraraq, onun qeyri-kommersiya məqsədlərindən uzaqlaşdığını və mənfəətə yönəldiyini iddia edir.
Bunun cavabında Altman sosial şəbəkədə istehzalı cavab verərək yazıb: "Xeyr, təşəkkürlər, amma əgər istəsəniz, biz də "X"i 9,74 milyard dollara ala bilərik."
Hazırda "OpenAI"ın əsas investorlarından biri olan Microsoft və digər tərəfdaşların bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.