Rusiya SVR: Ukrayna xüsusi xidmətləri NATO-nu münaqişəyə cəlb etmək üçün təxribatlar hazırlayır – ÖZƏL
16:22 DünyaUkrayna xüsusi xidmət orqanları Qərb kuratorlarının dəstəyi ilə yaxın zamanda Rusiya əleyhinə bir sıra rezonans doğuracaq təxribatlar həyata keçirməyə hazırlaşır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
SVR-in mətbuat bürosunun məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının planlarından biri Baltik dənizində Rusiya istehsalı olan minalarla xarici gəmiyə hücum edərək məsuliyyəti Moskvaya yönəltməkdir. Bu addımın əsas məqsədinin NATO-nu Rusiya ilə birbaşa silahlı qarşıdurmaya çəkmək olduğu bildirilir.
Bundan əlavə, Ukrayna hərbi kəşfiyyatı Avropanın bir sıra ölkələrinin xüsusi xidmət orqanları ilə birlikdə xaricdə yaşayan Rusiya müxalifətçilərinə və qanundan qaçan rusiyalı biznesmenlərə hücumlar planlaşdırır. Bu məqsədlə Asiya və Yaxın Şərq ölkələrindən olan şəxslərin cəlb edildiyi bildirilir.
SVR-in məlumatına görə, belə hücumlarda iştirak edənlərə 20 min dollara qədər mükafat vəd edilir. Bundan başqa, icraçılar həbs edildikləri halda, bu hücumların guya Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə təşkil edildiyini iddia etməyə məcbur edilirlər.