Trampın Ukrayna nizamlama planı hazır deyil - ÖZƏL

ABŞ prezidenti Donald Trampın Ukraynada nizamlanma planı hazır deyil və bu həftə nə nazirlərin Brüssel görüşündə, nə də Münhen Təhlükəsizlik Konfransında təqdim edilməyəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə ANSA agentliyi NATO -dakı mənbələrə istinadən məlumat yayıb .

"[Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi] General Keith Kellogg fevralın ikinci yarısında bir sıra görüşlər üçün NATO-nun mənzil-qərargahına gələcək və yalnız bundan sonra plan yetişəcək", - agentlik alyansın adının açıqlanmasını istəməyən yüksək səviyyəli diplomatından sitat gətirir.

Mənbə bildirib ki , Tramp Rusiya prezidenti Vladimir Putinə təsir edə biləcək yeganə şəxsdir . "Yaxşı ki, onlar bir-biri ilə ünsiyyət qururlar, lakin Avropasız heç bir razılaşma ola bilməz", o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31