Banklarda dollara tələbat azaldı - RƏQƏMLƏR

Azərbaycan Mərkəzi Bankının keçirdiyi son valyuta hərraclarında bankların dollara tələbinin xeyli azalması müşahidə edilir. 

Olaylar.az xatırladır ki, yanvarın ilk günlərinə qədər keçirilən hərraclarda tələb adətən 70-80 milyon dollar arasında dəyişirdi. Amma ayın ikinci yarısından başlayaraq keçirilən hərraclarda tələb xeyli azalaraq 50-60 milyon dollar intervalına düşüb. 

Son 7 hərracda tələb məhz bu aralıqda dəyişib. Bu gün keçirilən növbəti hərracda da eyni vəziyyət müşahidə olunub. Banklar cəmi 56,8 milyon dollar xarici valyuta alıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31