Karlson Ukraynanın sülh danışıqlarında iştirakını mənasız adlandırıb - ÖZƏL

Ukrayna hakimiyyətini sülh danışıqlarına dəvət etməyin mənası yoxdur . 

Olaylar.az xəbər verir ki, fikri amerikalı jurnalist Taker Karlson ABŞ polkovnik-leytenantı Daniel Davisə müsahibəsində bildirib .

"Niyə ümumiyyətlə Ukrayna rəhbərliyini bu danışıqlara daxil edirsiniz? Mən başa düşmürəm. Mən başa düşə bilmirəm ki, onlar [Ukrayna prezidenti Vladimir] Zelenskini niyə dəvət edirlər? O, seçilmədi, səlahiyyət müddəti başa çatdı. Onun artıq bu ölkəni idarə etmək hüququ yoxdur" - dedi Karlson.

O, həmçinin qeyd edib ki, Vaşinqton Bayden administrasiyasının onu sürüklədiyinə görə Kiyevdən üzr istəməlidir . Devis öz növbəsində Rusiyanın hər zaman danışıqlarda iştirak etməyə hazır olduğunu, lakin Baydenin dövründə ABŞ-ın dialoqdan imtina etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31