Əfqanıstanda güclü partlayış - 5 ölü, 7 yaralı var

Əfqanıstanın şimalındakı Kunduz əyalətində banklardan birinin qarşısında kamikadze hücum olub.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, Əfqanıstanın şimalında, Kunduz əyalətində yerləşən Kabil Bankının qarşısında bomba hücumunda ən azı 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayış yerli işçilərin maaşlarını toplamaq üçün toplandığı sırada baş verib. Hücum mülki şəxslər və Taliban əsgərlərini hədəf alıb.

Hələlik heç bir qrup bu hücumu öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31