Kelloqun Moskvaya səfər etməyi planlaşdırmadığı məlum olub - ÖZƏL

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi , istefada olan general Keyt Kelloq Avropaya qarşıdakı turu çərçivəsində Rusiyaya səfər etməyi planlaşdırmır. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg yazır .

Amerika administrasiyasındakı mənbələr Moskvanın diplomatın marşrutunda olmadığını açıqlayıb. Kelloqun Kiyevə və bir sıra Avropa paytaxtlarına səfər edəcəyi, həmçinin Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi məlumdur .

Bundan əvvəl bildirilmişdi ki, Kelloq yaxın həftələrdə Ukraynadakı münaqişəyə son qoymaq variantlarını ictimaiyyətə açıqlamaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31