ABŞ və İsrail Qəzzada Həmasın mövcudluğuna imkan verməyəcək- ÖZƏL
11 Fevral 12:51 Dünya"İsraillə "Hizbullah" arasında əldə edilmiş razılaşmaya əsasən, İsrail Litani çayının şimalından-Livanin cənubundan qoşununu çıxarmalı idi. Ötən gün tərəflər arasında atəşkəs yenidən pozulub və İsrail Livanın cənubunu bombalayıb. Livan öz təhlükəsizliy qüvvələrini İsraillə sərhəddə yerləşdirməyib". "Olaylar"ın məlumatına görə, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Hazırda "Həmasla" İsrail arasında atəşkəs kövrəkdi. Tərəflər girovlarin mübadiləsini həyata keçirməyərək bir-birlərini şərtləri pozmaqda ittiham edir. Amma, İsrailin baş naziri B. Netanyahu fələstin girovlarını qaytarmamaqla "Həması" eyni addım atmasına sövq edib. Burada məqsəd D. Trampin Həmasa qarşı kəskin siyasətini formalaşdırmaq və Qəzzada fələstinlilərin köçürülməsinə nail olmaqdır. ABŞ və İsrail Qəzzada Həmasın mövcudluğuna imkan verməyəcək. Fələstinlilərin Qəzzada qalması üçün Həmas Qəzzadan çıxmayacaqsa, D. Trampın ABŞ hərbçilərini anklava göndərməsi mümkündür".