İlon Maskın sərvəti 400 milyard dollardan aşağı düşdü– ÖZƏL

Olaylar.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Tesla səhmlərinin 27% ucuzlaşması İlon Maskın sərvətinin 2025-ci ildə ilk dəfə 400 milyard dollardan aşağı düşməsinə səbəb olub.

Xüsusilə fevralın 1-dən 7-dək Tesla səhmləri 11% dəyər itirib. Bunun əsas səbəbi satış həcminin azalmasıdır - Almaniyada tədarüklər 59%, Çində isə 11,5% azalıb.

Bundan əlavə, Maskın biznesdən çox siyasətə vaxt ayırdığı bildirilir. O, ABŞ hökumətinin səmərəliliyini artırmaq üçün yaradılan yeni departamentin rəhbəri vəzifəsini tutub.

Xatırladaq ki, Mask 2024-cü ilin dekabrında sərvəti 400 milyard dolları keçən ilk insan olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31