Tramp: “Şənbə gününə qədər bütün girovlar azad edilməlidir” – ÖZƏL

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Fələstin radikal HƏMAS hərəkatını şənbə gününə qədər bütün girovları azad etməyə çağırıb. Əks halda, Qəzza zolağında atəşkəsin pozulacağını bəyan edib.

Tramp bu fikirləri bazar ertəsi Ağ Evdə keçirdiyi mətbuat konfransında səsləndirib:

"Əgər bütün girovlar şənbə günü saat 12:00-a qədər qaytarılmasa, atəşkəs ləğv edilməlidir və bütün şərtlər dəyişəcək. Hər şey məhv olacaq," - deyə o bildirib.

O əlavə edib ki, girovlar hissə-hissə yox, hamısı birdən azad edilməlidir:
"Biz onların hamısını istəyirik. Mən öz adımdan danışıram. İsrail bu qərarı dəyişə bilər, amma mənim fikrim budur: şənbə günü saat 12:00-a qədər girovlar azad edilməsə, hər şey dəyişəcək."

Tramp təhdidinin konkret nədən ibarət olduğunu açıqlamayıb, lakin "HƏMAS mənim nəyi nəzərdə tutduğumu biləcək" deyə vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31