Mask Zelenskini seçkilərlə bağlı açıqlamasına görə tənqid etdi – ÖZƏL
11:35 DünyaAmerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkə vətəndaşlarının seçkilərin keçirilməsini istəmədiyi barədə açıqlamasını tənqid edib.
Olaylar.az xəbər verir ki, Mask öz fikrini "X" sosial şəbəkəsində paylaşdığı mesaj vasitəsilə ifadə edib.
"Əlbəttə", - deyə o, Zelenskinin bu fikrini ironiya ilə şərh edib.
Qeyd edək ki, Qərb ölkələri uzun müddətdir Ukraynada seçkilərin keçirilməsi üçün rəsmi Kiyevə təzyiq göstərir. Lakin Zelenski "TV News" kanalına müsahibəsində bildirib ki, münaqişə davam etdiyi müddətdə ukraynalılar seçkilər istəmir. O, hərbi xidmət keçən ukraynalıların seçki prosesindən kənarda qalmasının ədalətsizlik olacağını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31