Rusiyanın 4 hava limanı fəaliyyətini dayandırdı
11:26 DünyaKazan, Kirov, Saratov və Ulyanovsk hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Olaylar.az rus mətbuatına istinadla xəbər verir ki, məhdudiyyətlərin fevralın 11-də səhər tezdən "mülki təyyarələrin təhlükəsizliyini təmin etmək məqsədilə" tətbiq edildiyini bildirib.
2,5 saat sonra məhdudiyyətlər ləğv edilib.
Qeyd edək ki, bu gün səhər Ukrayna Rusiyaya PUA-larla hücum edib.
Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31