Alimlər kvant kompüteri ilə kainatın sonunu modelləşdirdilər– ÖZƏL
10:31 DünyaOlaylar.az xəbər verir ki, amerikalı alimlər ilk dəfə kvant kompüteri ilə kainatın mümkün məhvi ssenarisini simulyasiya ediblər. Nature Physics jurnalının məlumatına görə, Teksas Universitetinin tədqiqatçıları D-Wave kvant kompüterindən istifadə edərək "yalançı vakuumun" parçalanmasını öyrəniblər.
Nəzəriyyəyə görə, əgər Hiqqs sahəsi metastabil vəziyyətdə olarsa, "həqiqi vakuum qabarcığı" yaranacaq və işıq sürətilə genişlənərək hər şeyi məhv edəcək.
Tədqiqat nəticələri nəzəri proqnozlarla uyğun gəlib və alimlər vakuum qabarcıqlarının formalaşmasını müşahidə ediblər. Hiqqs sahəsinin hələ trilyonlarla il sabit qalacağı düşünülür, lakin bu araşdırma kvant hesablamaları və kosmologiya üçün yeni imkanlar açır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31