Avropa Komissiyası: “ABŞ-nin Avropa mallarına tariflər tətbiq etməsi qanunsuz olacaq” – ÖZƏL
10 Fevral 16:34 DünyaABŞ-nin Avropa mallarına tariflər tətbiq etməsi qanunsuz hesab ediləcək və Avropa İttifaqı (Aİ) öz maraqlarını qoruyacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.
"Tariflərin tətbiqi qanunsuz və iqtisadi baxımdan zərərli olacaq, xüsusilə də Aİ və ABŞ arasında transatlantik ticarət və investisiyalar vasitəsilə yaradılmış dərin inteqrasiya olunmuş istehsal zəncirlərini nəzərə alsaq", - bəyanatda deyilir.
Avropa Komissiyası əlavə edib ki, Avropa biznesi, işçiləri və istehlakçılarını əsassız tədbirlərdən qorumaq üçün müvafiq addımlar atacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31