İran: ABŞ təzyiq altında danışıqlara məcbur etməyə çalışır – ÖZƏL

"ABŞ İranı yeni saziş imzalamağa və təslim olmağa məcbur etmək istəyir, lakin Tehran təzyiq altında danışıqlar aparmaq niyyətində deyil". 

Olaylar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib.

"ABŞ Prezidenti İran xalqına qarşı maksimum təzyiq siyasətinə qayıdıb. Ən maraqlısı budur ki, o, İrana misilsiz təzyiqlər göstərən fərmanı imzalayarkən, eyni zamanda danışıqlara hazır olduğunu bəyan edir. Onun məqsədi bizi aldatmaqdır. Nəyə görə biz ABŞ ilə təzyiq altında danışıqlar aparmalıyıq? Bunun nə məntiqi var? Hansı ağıllı insan təzyiq və təhdidlər altında danışıqlara razılaşar? Onların bu danışıqlardakı məqsədi təslim olmağımızdır. Lakin İran heç vaxt təslim olmayacaq", - deyə Araqçinin sözlərini onun mətbuat xidməti yayıb.

Nazir bu açıqlamanı Tehranda keçirilən və İslam İnqilabının 46-cı ildönümünə həsr olunmuş bayram tədbirində çıxışı zamanı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31