Minlərlə Şimali Koreya vətəndaşı Rusiyada işləməyə gəlib– ÖZƏL
10 Fevral 11:51 DünyaOlaylar.az xəbər verir ki, 2024-cü ildə 13 221 Şimali Koreya vətəndaşı Rusiyaya səfər edib ki, bu da əvvəlki illə müqayisədə 12 dəfə çoxdur. Onlardan 7 887-si səfərinin təhsil məqsədli olduğunu bəyan edib.
BMT Təhlükəsizlik Şurasının sanksiyalarına görə, Şimali Koreya vətəndaşlarının xaricdə işləməsi qadağandır və bütün əmək miqrantları 2019-cu ilin sonuna qədər geri qayıtmalı idi. Bununla belə, Rusiyaya gəlişlərin artması bu məhdudiyyətlərin nə dərəcədə tətbiq edildiyi sualını gündəmə gətirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31