Baltikyanı ölkələr Rusiyanın “Kölgə Donanması”na qarşı yeni hüquqi mexanizmlər hazırlayır – ÖZƏL

Baltik dənizinə çıxışı olan Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən gəmilərin kütləvi saxlanılmasına imkan verəcək yeni hüquqi tədbirlər hazırlayır. 

Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşrinə Avropa rəsmiləri və diplomatları məlumat verib.

Mənbələrin sözlərinə görə, yeni qanunvericilik gəmilərin ekoloji təhlükə yaratması və ya sualtı kabellər və digər kritik infrastruktur obyektlərinə potensial ziyan vurması əsasında onların ələ keçirilməsinə imkan verəcək. İkinci halda, hakimiyyət orqanları "piratçılıq qanunlarından" istifadə edə biləcək.

Bundan əlavə, bəzi Aİ ölkələri, xüsusilə Litva və Estoniya, "etibarlı" dəniz sığorta şirkətlərinin siyahısını hazırlamağı planlaşdırır. Əgər gəmi bu siyahıda olmayan bir şirkət tərəfindən sığortalanıbsa, o, saxlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31