Rusiya səfiri bir postsovet ölkəsinin neytrallığına hörmət etdiyini bildirib - ÖZƏL
10 Fevral 11:30 DünyaRusiya Türkmənistanın neytrallığına böyük hörmətlə yanaşır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin "Neytral Türkmənistan" rəsmi qəzetində dərc olunan məqaləsində yazıb.
"2025-ci ildə Türkmənistan BMT tərəfindən iki dəfə tanınan daimi neytrallığının 30-cu ildönümünü qeyd edəcək . Qeyd etmək istərdim ki, Rusiya Türkmənistan rəhbərliyinin seçdiyi xarici siyasət kursuna həmişə böyük hörmətlə yanaşıb", - diplomat bildirib.
Onun sözlərinə görə, bu yanaşma qlobal sabitliyi və dünyada geosiyasi tarazlığı təmin edir.
O, həmçinin qeyd edib ki, Moskva ilə Aşqabad arasında münasibətlər həmişə möhkəm təməl üzərində qurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31