Paşinyan Moskvada Qələbə Günü tədbirlərinə dəvət olunub - ÖZƏL
10 Fevral 11:28 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Qələbə Günü tədbirlərinə rəsmi dəvət alıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopyrkin "RIA Novosti"yə müsahibəsində bildirib.
"Bir neçə aydan sonra bütün rusiyalılar və keçmiş Sovet İttifaqı xalqları Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd edəcəklər. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana Moskvada keçiriləcək rəsmi tədbirlərdə iştirak üçün rəsmi dəvət təqdim olunub", - deyə diplomat vurğulayıb.
Kopyrkin bildirib ki, Rusiya və Ermənistanı birləşdirən əsas dəyərlərdən biri keçmiş SSRİ xalqlarının Qələbədə göstərdiyi qəhrəmanlığa hörmətdir. O, ümumi tarixi yaddaşın qorunmasının hazırkı geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.