Nebenzya: “Ukraynada sülh yalnız bizim şərtlərimizlə mümkündür” - ÖZƏL
10 Fevral 2025 10:05 DünyaRusiya BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynada sülhün yalnız Moskvanın şərtləri yerinə yetirildiyi halda mümkün olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, o, "RIA Novosti"yə müsahibəsində Rusiyanın müvəqqəti atəşkəsi deyil, məhz davamlı sülhü dəstəklədiyini vurğulayıb.
Diplomat xatırladıb ki, Moskvanın tələbləri dəfələrlə səsləndirilib və bu mövqedə dəyişiklik yoxdur.
"Biz müvəqqəti atəşkəs üçün yox, məhz sülh üçün çalışırıq. Lakin bu, yalnız bizim şərtlərimizin yerinə yetirildiyi halda mümkündür", - deyə Nebenzya qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31