Tramp Putindən danışdı
8 Fevral 15:00 DünyaABŞ prezidenti Donald Tramp gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüşün baş tuta biləcəyinə inanır və aralarındakı münasibətlərin çox yaxşı olduğunu deyib.
Olaylar.az xəbər verir ki, Tramp bu fikirləri Vaşinqtonda Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü zamanı Ukrayna böhranına münasibətini bildirərkən ifadə edib.
O, qeyd edib ki, "Həmişə Prezident Putinlə yaxşı münasibətlərimiz olub. Ona görə də bu vəziyyət məni çox narahat edir. Əgər mən 2016-cı ildə ABŞ prezident seçkilərindən sonra bu vəzifəni tutmuş olsaydım, bu hadisə heç vaxt baş verməzdi. Bu, çox ayıbdır."
Putinlə şəxsən görüşmək ehtimalı ilə bağlı verilən suala isə Tramp "Bu mümkündür, ola bilər" cavabını verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31