Dəhşətli qəza: Pezeşkian çağırış etdi
8 Fevral 14:43 Dünyaİran Prezidenti Məsud Pezeşkian Kirman əyalətində baş verən avtobus qəzasının araşdırılmasına çağırış edib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, Pezeşkian gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün qəzanın araşdırılmasının vacibliyini vurğulayıb.
İran prezidenti hadisədən kədərləndiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, 6 fevralda Kirman əyalətində məktəbli qızları daşıyan avtobus qəzaya uğrayıb, nəticədə 6 qız həlak olub, 27 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31