Türkiyədə saxta içkidən ölənlərin sayı 70-ə çatdı

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 70-ə çatıb.

Olaylar.az türk mediasına istinadla xəbər verir ki, daxil olan məlumata görə, şəhərdə saxta spirtli içkilər səbəbindən həyatını itirənlərin sayı 70-ə çatıb.

Bildirilib ki, saxta spirtli içki ilə bağlı xəstəxanaya müraciət edən 21 nəfərin müalicəsi davam edir, onlardan 8-i reanimasiyadadır.

İstanbul valisi Davud Gül ilin ilk ayında saxta və qaçaqmalçılıqla gətirilən spirtli içkilərə qarşı keçirilən əməliyyatlarda 190 şübhəlinin tutulduğunu, onlardan 11-nin həbs olunduğunu, 86 min 274 litr saxta və qaçaq spirtin ələ keçirildiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31