Trampdan Ukraynanı "şoka salacaq" plan - Yardım əvəzində elə şey istədi ki...

ABŞ-nin yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı planı var.

Olaylar.az xəbər verir ki, Trampın Ukrayna münaqişəsi üzrə xüsusi nümayəndəsi, general-leytenant Kiç Kelloq ABŞ-nin İraq müharibəsindəki səhvləri təkrarlamayacağını və Ukraynanın resurslarını təhlükəsiz şəkildə istifadə etməyi hədəflədiyini vurğulayıb.

Kelloq bildirib ki, Ukraynaya maddi yardım müqabilində onun resurslarından istifadə ediləcək.

Ukraynada milyardlarla, bəzi bölgələrdə isə trilyonlarla ölçülən zəngin mineral yataqlarının mövcud olduğunu qeyd edən Kelloq yardımın resurslarla təmin edilməsi şərtiinə dair müqavilə hazırlandığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə qarşılıqlı resurs müqaviləsinə dəstək verdiyini bildirib və təhlükəsizlik zəmanətləri müqabilində bu cür razılaşmaya hazır olduğunu açıqlayıb. Zelenski silahların susmasından sonra Moskvanın təkrardan Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün ya NATO-ya üzvlük, ya da nüvə silahlarının yenidən təchiz edilməsini təklif edib.

Kelloq İraq müharibəsinin nəticələrini xatırladaraq, İraqda heç bir neft müqaviləsinin olmadığını qeyd edib və bu vəziyyətin ABŞ-yə iqtisadi baxımdan hər hansı fayda gətirmədiyini bildirib. O, Prezident Trampın iqtisadi yanaşmasını izah edərək, ABŞ xalqı üçün yaxşı bir şey olmasının vacib olduğunu söyləyib.

Qeyd edək ki, Ukrayna dünya mineral ehtiyatlarının təxminən 5%-nə sahibdir və titan, uran, dəmir, manqan, litium kimi strateji minerallarla yanaşı, ABŞ milli təhlükəsizliyi üçün vacib olan nadir torpaq mineralları ilə zəngindir.

Ukraynanın titan ehtiyatları dünya təchizatının təxminən 7%-ni təşkil edir, bu da onu Avropanın ən böyük titan ehtiyatına sahib ölkəsi edir. Titan həm müdafiə və aviasiya sənayesində, həm də dərman və zərgərlik istehsalında istifadə olunur. O, enerji və tikinti sahələrində də əhəmiyyətli rol oynayır.

ABŞ isə öz titan ehtiyatını digər ölkələrdən alır, o cümlədən rəqibləri olan Çin və Rusiyadan. 2022-ci ildə ABŞ Çindən təxminən 80 milyon dollar, Rusiyadan isə 63 milyon dollar dəyərində titan alıb. Bu vəziyyət, ABŞ-ın digər ölkələrdən resurs asılılığını göstərir və Ukraynanın bu sahədəki əhəmiyyətini artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31