Novosibirsk prokurorluğu Çin auditoriyası üçün yayımlanan strimləri araşdırır – ÖZƏL
13:46 DünyaNovosibirsk şəhərinin Oktyabr rayon prokurorluğu Çin auditoriyası üçün yayımlanan canlı yayımlarda qızların, o cümlədən yetkinlik yaşına çatmayanların iştirakı ilə bağlı yoxlamalara başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "KP-Novosibirsk" nəşri prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, qızlar canlı yayımlarda rəqs edirlər və onların qazancı izləyicilər tərəfindən edilən sifarişlərdən asılıdır. Yayımların təşkilatçısı Alek adlı şəxsdir və o, qazancın bölüşdürülməsinə nəzarət edir. Hazırda prokurorluq bu fəaliyyətin qanuniliyi və yetkinlik yaşına çatmayanların hüquqlarının pozulub-pozulmadığını araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31