Rusların Çində yığılan avtomobillərə münasibəti üzə çıxıb - ÖZƏL

Rusların yarıdan çoxu (52,6 faiz) Rusiya Federasiyasını tərk etmiş, o cümlədən Avropa, Yapon və Cənubi Koreya brendləri tərəfindən Çində yığılan avtomobillərə şübhə ilə yanaşır. 

Olaylar.az xəbər verir ki, bu barədə DRIVE2.RU portalı ilə birgə sorğunun nəticələrinə istinadən Avtostat məlumat yayıb.

Sorğu 2025-ci ilin yanvarında Rusiya regionlarından olan iki mindən çox avtomobil sahibi arasında aparılıb. Onun nəticələrinə əsasən məlum olub ki, respondentlərin yarıdan çoxu Çində yığılan Qərb markalı avtomobilləri keyfiyyətsiz hesab edir. Onların fikrincə, belə avtomobillər birbaşa Aİ , Yaponiya və ya Cənubi Koreyada istehsal olunanlardan daha pis keyfiyyətə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31