Avropa İttifaqı Trampın rüsumlar tətbiq etməsinə sərt reaksiya verəcək – ÖZƏL

ABŞ prezidenti Donald Tramp Aİ-yə üzv ölkələrdən gələn mallara gömrük rüsumları tətbiq edərsə, Aİ-nin reaksiyası sərt olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. 

"Aİ ədalətsiz və ya özbaşına Aİ mallarına tariflər tətbiq edən istənilən ticarət tərəfdaşına sərt cavab verəcək. Çox şey risk altındadır", - deyə Avropa Komissiyasının nümayəndəsi agentliyə bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə 27 üzvlü blokun Aİ mallarına tətbiq edilən hər hansı əlavə rüsumdan xəbəri yoxdur.

"Bloomberg"in həmsöhbəti tariflərdən istifadənin "bütün tərəflər üçün zərərli" olduğunu qeyd edib və Trampın Kanada, Meksika və Çinə tariflər tətbiq etmək qərarından təəssüfləndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31