Polşa XİN rəhbəri: “ABŞ-nin bəzi tərəfdaşları Vaşinqtonun təsirindən yorulub” – ÖZƏL

Bəzi ABŞ tərəfdaşları Vaşinqtonun təsirindən yorulmağa başlayıb, eyni zamanda ABŞ da öz müttəfiqlərindən bezir. 

Olaylar.az xəbər verir ki, bu fikri Polşanın xarici işlər naziri Radoslav Sikorski "The New York Times" üçün yazdığı məqalədə bildirib.

"Bəzi müttəfiqlər Amerika hakimiyyətindən yorularkən, amerikalılar da sanki öz müttəfiqlərindən bezməyə başlayır", - deyə o yazıb.

Sikorski qeyd edib ki, ABŞ prezidenti Donald Tramp illərdir - həm ilk prezidentlik dövründə, həm də son seçki kampaniyasında - "Amerika hər şeydən öndədir" prinsipini önə çəkib. O, həmçinin dəfələrlə NATO üzvlərinə xatırladıb ki, alyans pulsuz xidmət göstərən bir qurum deyil.

Polşa XİN rəhbəri vurğulayıb ki, Avropa ölkələri nəhayət başa düşüb ki, onların təhlükəsizliyi yalnız ABŞ-nin məsuliyyəti deyil, hər şey özlərindən başlayır. Bununla belə, o əlavə edib ki, Avropanın təhlükəsizlik sahəsində müstəqilliyi Vaşinqtonla sıx əməkdaşlıq etməyə mane olmamalıdır.

"İdeal dünyada - daha təhlükəsiz dünyada - hər iki yanaşma mümkündür", - deyə Sikorski fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31