Araz çayı boyunca Rusiya bayraqları yığışdırıldı
10:37 Dünya"Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb".
Olaylar.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb.
O bildirib ki, Rusiya bayraqları sərhəd-keçid məntəqələrindən götürülüb:
"Dünən mən Aqarağaya gedən yolda, eləcə də Araz çayı boyunca Şvanidzor yolunda Rusiya bayraqlarını görmədim. Başa düşdüyüm qədər Ermənistan-İran sərhədində yalnız bizim bayraqlarımız qalıb".
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindəki sərhəd-keçid məntəqələrində xidməti dayandırıblar. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31