Qərb ölkələri Rusiyanın “dağılması” üçün QHT-lərdən istifadə edir – ÖZƏL

İrlandiyalı jurnalist Çey Bouz Qərb ölkələrinin Rusiyanın "dağılmasını" təmin etmək üçün qeyri-hökumət təşkilatlarını (QHT) fəal şəkildə maliyyələşdirdiyini iddia edib. 

Olaylar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə X-də paylaşım edib.

"Rusiya enerji sahəsində supergücdür. Məhz buna görə Avropa İttifaqı və ABŞ, Rusiyanın "dağılmasını" hədəfləyən QHT-ləri maliyyələşdirir. Onlar trilyonlarla dollar dəyərində enerji resurslarına çıxış əldə etmək istəyirlər. Rusiyanın yalnız qaz ehtiyatlarının miqyasını təsəvvür etmək çətindir," - deyə jurnalist bildirib.

Xatırladaq ki, Rusiyanın enerji ehtiyatları ilə bağlı 2024-cü ildə keçirilən Beynəlxalq Enerji Həftəsi çərçivəsində Energetika naziri Sergey Civilov məlumat verib. O qeyd edib ki, Rusiyanın dəniz şelfindəki neft ehtiyatları daha 32 ilə, qaz ehtiyatları isə 130 ilə kifayət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31