AİB: Britaniya Rusiyaya məxsus gəmiləri saxlamağa hazırdır– ÖZƏL
27 Yanvar 2025 11:04 DünyaOlaylar.az xəbər verir ki, Britaniya hərbi qüvvələri Rusiyanın sahil sularında şübhəli fəaliyyət göstərən gəmilərini saxlamağa hazırdır. Express qəzetinin mənbələrinə görə, bu addım sualtı boru xətləri və kabellərin zədələnməsi ehtimalına qarşı atıla bilər.
Mənbələr bildirir ki, belə tədbirlər yalnız yüksək səviyyədə siyasi qərar verildikdən sonra mümkün olacaq. Britaniya müdafiə naziri Con Hili daha əvvəl La-Manş boğazında Rusiyanın "Yantar" adlı gəmisini "şpion gəmisi" adlandırmışdı. Moskva isə bu iddiaları NATO-nun bölgədəki hərbi gücünü artırmaq üçün bəhanə adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31