Bu ölkədə quş qripinə qarşı vaksinasiya başlayır

Finlandiyanın ən qısa zamanda quş qripinə qarşı peyvəndləmə kampaniyasına başlaması planlaşdırılır.

Olaylar bildirir ki, bu barədə məlumatı ölkənin Sosial Müdafiə və Səhiyyə Nazirliyi yayıb.

Szinpin mənə söz verib: bunu etməyəcək - Zelenski

Bildirilib ki, Finlandiya 15 ölkənin iştirak etdiyi Aİ-nin birgə satınalmaları çərçivəsində peyvəndlər alacaq. Quş qripi peyvəndi "Seqirus UK Ltd" əczaçılıq şirkəti tərəfindən hazırlanıb. Bu peyvəndin tədarükü üçün müqavilə dörd il müddətinə qüvvədə olacaq.

Qeyd edək ki, indiyədək Finlandiyada insanların A(H5N1) virusuna - quş qripinə yoluxması faktı aşkar edilməyib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31