Rusiyadan yola çıxan gəmi Çanaqqala boğazında ilişib qaldı

Rusiyadan Misirə gedən Liberiya bayraqlı "Lila Piraeus" yük gəmisinin Çanaqqala boğazından keçərkən mühərrikində nasazlıq yaranıb.

Olaylar xəbər verir ki, bu barədə "X"də (keçmiş "Twitter") Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

179 metrlik gəminin yedəklə Karanlık limanındakı lövbərə çəkildiyi bildirilib.

Qeyd olunub ki, boğazda naviqasiya üçün heç bir maneə yoxdur.  (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31