Beynəlxalq tədbirlərin Azərbaycanda baş tutması dövlətimizə olan inam və etibarı əks etdirir- Özəl

"Artıq beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda baş tutması adi hal alıb ki, bu da dövlətimizə olan inam və etibarı əks etdirir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi fikrimizin sübutudur". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib:
 "Qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 70-dən artıq ölkədən 350-dən çox qonağın qatıldığı Qlobal Bakı Forumu dünya düzənində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qaldı. Eyni zamanda, forum həm də, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkanıdır. Müzakirələrdə forum iştirakçıları dünyanı təhdid edən təhlükələrin azaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlmiş bütün məsələlərlə bağlı fikirləri humanizm dəyərlərinin qorunmasına xidmət edirdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platformadır. Forumda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. Bundan başqa, Bakıda keçirilən qlobal forum özünü yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə əlverişli və mötəbər platforma kimi təsdiqləyib. Bunu isə şübhəsiz Prezident İlham Əliyevin xarici siyasət strategiyasının təcəssümü adlandırmaq olar, çünki Azərbaycan lideri ilk növbədə milli maraqlara söykənərək, hər zaman ortaq nöqtələrin, ümumi baxışların və yaxınlaşma yollarının tapılması istiqamətində mühüm səylər göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31