Türkiyədə kənd qar uçqununun altında qalıb - FOTO

 

Türkiyənin Bingöl vilayətinin Yenisu kəndi qar uçqunun altında qalıb.

Hadisədən dərhal sonra kəndə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) axtarış-xilasetmə qüvvələri və polislər cəlb ediliblər.

Daxil olan məlumata görə, bir nəfər kənd sakini itkin düşmüş hesab olunur.

Hazırda həmin vətəndaşın tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31