Kiçik itlər böyük itlərdən daha çox yaşayırlar- ÖZƏL
19 Yanvar 2024 22:15 SosialABŞ alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, kiçik itlər böyük itlərdən daha uzun yaşayır.
Olaylar.az xəbər verir ki, ABŞ alimləri 238 cins it və 25 mindən çox bala üzərində apardıqları araşdırmada kiçik itlərin böyük itlərdən daha uzun ömür sürdüyünə diqqət çəkiblər.
Araşdırma nəticəsində məlum olub ki, iri itlər xərçəng, sümüklə bağlı xəstəliklər, mədə-bağırsaq problemləri, nevroloji və endokrin xəstəliklər, qulaq, burun-boğaz problemləri və yoluxucu xəstəliklərə, kiçik itlərin isə qaraciyər və ya mədəaltı vəzi xəstəliklərinə daha çox meyllidirlər. Göz, ürək və tənəffüs problemlərinə yoluxma ehtimallarının daha yüksək olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31