“İnter Mayami” Lionel Messi ilə müqavilənin uzadıldığını açıqlayıb
23 Oktyabr 20:28 İdman"İnter Mayami" özünün "X" sosial media səhifəsində forvard və kapitan Lionel Messinin stadionda təmir işlərinin fonunda sənədləri oxuduğunu və sonra imzaladığını göstərən bir video yayımlayıb.
Olaylar xəbər verir ki, "flaminqo"lar paylaşıma "O, evdədir" şərhini yazıblar.
Qeyd edək ki, daha əvvəl 38 yaşlı futbolçunun müddəti 2028-ci ilə qədər olan yeni müqavilə imzalayacağı bildirmişdi.
İnsayder Fabrisio Romano da argentinalının klubla anlaşdığını yazıb.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində forvard bütün yarışlarda 82 matçda meydana çıxıb, 71 qol vurub və 37 məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 18 milyon avrodur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31