SON DƏQİQƏ! Azərbaycanda partlayış: Ölən var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

 

Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə Olaylar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31