Pentaqonun peyklərini kosmosa GÖNDƏRİLDİ
2 Sentyabr 2023 23:03 Dünya"SpaceX" şirkəti kosmosa Pentaqonun maraqlarına cavab verən 13 hərbi peyk göndərib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, cihazları orbitə çatdırmaq üçün "Falcon 9" daşıyıcı raketindən istifadə edilib.
Bildirilir ki, avadanlıq raket buraxılışlarını izləmək və bütün dünyada hərbi rabitəni təmin etmək üçün nəzərdə tutulub.
Yenidən istifadə oluna bilən raket Kaliforniyada yerləşən Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31