ABŞ-ın BMT-dəki keçmiş səfiri vəfat etdi
2 Sentyabr 2023 22:32 DünyaABŞ Energetika Nazirliyinin keçmiş rəhbəri, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Bill Riçardson 76 yaşında vəfat edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Riçardson Mərkəzinin vitse-prezidenti Mikki Berqmana istinadən CNN məlumat yayıb.
Son illərdə Nyu-Meksiko ştatının keçmiş qubernatoru Riçardson xaricdə bu və ya digər səbəbdən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi ilə məşğul olub. O, həmçinin Moskva və Vaşinqton arasında dialoqda qeyri-hökumət xəttində iştirak edib.
Telekanalın məlumatına görə, Riçardson Massaçusetsdəki yay evində vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31